sa sa 179
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası uğurla başa çatıb + Foto Fev 02, 2021 | 16:34 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası uğurla başa çatıb. Sessiya müddətində “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və "Nanobiotexnologiya” ixtisasları üzrə I və II kurslarda təhsil alan 15 magistrant 36 ixtisas kursu üzrə imtahan veriblər.  AMEA-nın vitse-prezidenti, institut direktoru akademik İradə Hüseynova, AMEA-nın Elm və Təhsil İdarəsinin  rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent  Hüseyn Hüseynov,  Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və müavini Ramin Həsənov mütəmadi olaraq imtahanlarda iştirak ediblər. Zoom platforması üzərində həyata keçirilən imtahanlarda magistrantlar yüksək bilik nümayiş etdiriblər.