sa sa 1577
MBBİ-də magistrantların attestasiyası keçirilib + Foto Fev 08, 2021 | 12:52 / Mühüm hadisələr

8 fevral 2021-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası Zoom platforması üzərində aparılıb. İnstitut direktoru akademik İradə Hüseynovanın 05 fevral 2020-ci il tarixli 21 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edilib.

Hazırda institutda 15 magistrant, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 1, “Biotexnologiya” ixtisası üzrə 2, II kursda “Molekulyar biologiya” ixtisası üzrə 3 nəfər, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər təhsil alır.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.