sa sa 2267
"Stres amillərin bitkilərin anatomik quruluşuna təsiri" mövzusunda seminar keçirilmişdir + Foto Sen 26, 2018 | 11:19 / Seminarlar

Sentyabrın 26-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminarlara start verilmişdir. İlk seminarda "Xloroplastların fotokimyası" laboratoriyasının elmi işçisi, b.ü.f.d. Mayaxanım Xanışova "Stres amillərin bitkilərin anatomik quruluşuna təsiri" mövzusunda çıxış etmişdir. M.Xanışova stres faktorların canlıların həyatında yaratdığı patalogiyalar haqqında məlumat vermişdir. Məruzəçi xüsusilə abiotik təsirlərdən olan quraqlıq və duz streslərinin bitkilərin anatomik quruluşunda yaratdığı dəyişikliklərdən bəhs etmişdir. Həmçinin virusların bitki toxumalarında əmələ gətirdiyi patalogiyalarla bağlı müzakirə aparılmışdır.  Məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.