sa sa 1744
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda onlayn tədbir keçirilib. + Foto Mart 01, 2021 | 11:46 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, Obyekt fövqəladə hallar komissiyasının sədri Ələmdar Məmmədov Mülki Müdafiənin əhalinin həm dinc, həm də müharibə dövründə təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rolundan danışıb. Tədbirdə çıxış edən İnstitutun Mülki Müdafiə qərargah rəisi Valeh İmanov Azərbaycanda Mülki Müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri haqqında əməkdaşları məlumatlandıraraq İnstitutda fövqəladə halların qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib. AMEA-nın müxbir üzvləri Novruz Quliyev və İlham Şahmuradov öz çıxışlarında 44 gün davam edən Vətən müharibəsində törədilən terror aktlarında daha böyük fəsadların baş verməməsi səbəbinin Mülki Müdafiə tədbirlərinin olduğunu qeyd edərək bu sahədə praktiki məşğələlərin zəruriliyindən bəhs ediblər. Tədbirin sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının fəaliyyətini əks etdirən film nümayiş olunub.