sa sa 1401
MBBİ-nin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi ET Əkinçilik İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar + Foto Mart 04, 2021 | 15:44 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı - aparıcı elmi işçi Samirə Rüstəmova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı, kiçik elmi işçi Səbinə Omarova Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyə zamanı müsabiqəli sort sınağı və perspektiv nümunələrdən ibarət nəzarət pitomniklərində və beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda pitomniklərində monitorinqlər aparılmışdır. Kollanma fazasında olan buğda cücərtilərinin fenoloji müqayisəsi aparılmış, həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri  müzakirə edilmişdir.