sa sa 1284
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Mart 12, 2021 | 16:10 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb.

Nəşrin növbəti səhifələrində Yeni Azərbaycan Partiyasının VII növbədənkənar qurultayı, Oksford Universitetinin nümayəndələri ilə onlayn görüş, aqrar sektorun inkişafına dair onlayn müşavirə, “Qadınlar STEM-də” kampaniyası çərçivəsində keçirilən vebinar, “Vətən müharibəsində ön və arxa cəbhədə fəal iştirak etmiş şərqşünaslar” mövzusunda tədbir, AMEA əməkdaşlarının beynəlxalq simpozium və seminarlarda iştirakı haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Böyük çağırışlara doğru səfərbərlik”, “Qələbə və postmüharibə dövründə Azərbaycanda yeni geosiyasi reallıqlar”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Jak Derridanın tənqid və dekonstruksiya cərəyanı”, “Qarabağ toponimlərinin izi ilə” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az