sa sa 1470
Bu gün Novruz Bayramı ərəfəsində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı Fəxri xiyabanda olub. + Foto Mart 16, 2021 | 11:41 / Mühüm hadisələr

Bu gün Novruz Bayramı ərəfəsində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı Fəxri xiyabanda olub. Onlar əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Ümummillli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar. Daha sonra müəllimləri - Azərbaycanda biologiya elminin görkəmli şəxslərindən biri, dünya şöhrətli alim, ictimai-siyasi xadim akademik Cəlal Əliyevin məzarını ziyarət edən alimin tələbələri onun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən, alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söhbət açaraq müəllimlərinin xatirəsinin onların qəlbində daim yaşayacağını vurğulayıblar.