sa sa 1397
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Yaşat” fonduna ianə edib Mart 16, 2021 | 12:10 / Mühüm hadisələr

Baharın gəlişinin və Novruz bayramının müjdəçisi olan ilaxır çərşənbəsi xalqımızın milli adət-ənənələri ilə yadda qalır. Bu bayramda küsülülər barışır, tonqallar qalanır, məşəllər yandırılır, dünyalarını dəyişmiş insanların qəbirləri ziyarət edilir, torpaq uğrunda canından keçən şəhidlərin, sağlamlığını itirən vətən övladlarının xatirəsi ehtiramla yad edilir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Həmkarlar təşkilatı tərəfindən ölkə Prezidentinin “Ərazi bütövlüyünün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” 8 dekabr 2020-ci il tarixli fərmanına əsasən yaradılan YAŞAT Fonduna 500 manat məbləğində vəsait ianə edilib.