sa sa 1477
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib + Foto Mart 30, 2021 | 16:21 / İmtahanlar

30 mart 2021-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Molekulyar Biologiya” ixtisasından doktoranturaya qəbul imtahanı keçirilib. Fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanının keçirilməsi üçün institutda təşkil olunan müvafiq komissiyanın sədri institutun direktoru, akademik İradə Hüseynova, “Molekulyar Biologiya” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları, Ələmdər Məmmədov, Samirə Rüstəmova və Zərifə Süleymanovadır. İmtahan komissiyası “Molekulyar Biologiya” ixtisası üzrə iddiaçı Gülşad Muradovanın imtahan nəticəsini 74 balla “yaxşı”, Sevina Xanızadənin imtahan nəticəsini 68 balla “yaxşı” qiymətləndirib.