sa sa 1267
İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmovanın həyat yoldaşı Eldəniz Rüstəmov vəfat edib Apr 16, 2021 | 14:20 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovaya həyat yoldaşı Eldəniz Rüstəmovun vəfatı ilə bağlı kədərləndiyini bildirir və dərin hüznlə baş sağlığı verir. Eldəniz Rüstəmov aprelin 15-də dünyasını dəyişmişdir. Samirə xanımı uzun illərdən bəri zəhmətkeş və məhsuldar alim kimi tanıyan institututun kollektivi onun dərdinə şərik olur. Mehriban və qayğıkeş ata, məsuliyyətli ailə başçısının vaxtsız ölümünü öz dərdləri kimi qəbul edirlər.

Allah rəhmət eləsin!