sa sa 1551
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkında olublar + Foto ,Video Apr 23, 2021 | 16:15 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkında olublar. Gənc alimlər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, sursatlarla tanış olublar. Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Parkda rəşadətli ordumuzun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.