sa sa 1147
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Apr 23, 2021 | 17:34 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi, həmçinin “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ölkə başçısının Fərmanı yer alıb.

Nəşrin növbəti səhifələrində Akademiyanın kollektivinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi doğum günü münasibətilə təbriki, “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı, Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının iclası, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 illik yubileyinə həsr edilən tədbir, Radiasiya Problemləri İnstitutunun Elmi şurasının yığıncağı və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Azərbaycan nizamişünaslığının aktual problemlərinə həsr olunmuş yeni tədqiqat”, “Zəfər və bahar”, “Əsassız erməni iddiaları və tarixi faktlar”, “Elmi dünyagörüşün formalaşmasında astronomiyanın rolu”, “Bəşəriyyətə ən gözəl hədiyyə” sərlövhəli məqalələr, yeni nəşrlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az