sa sa 1160
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb May 06, 2021 | 18:03 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, “Molla Nəsrəddin” ensiklopediyasının təqdimatı, Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı, İnformasiya Texnologiyaları İnstitutunun elmi jurnallarının beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı müşavirə, Naxçıvan Bölməsində Vətən müharibəsinə həsr olunan nümunəvi dərs, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla müsahibə və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Elimizin və dilimizin xilaskarı”, “Fövqəladə missiya, yaxud tarixin ən böyük azərbaycanlısı”, “Müasir dünyanın çağırışları və elmin qarşısında duran vəzifələr”, Nizami Gəncəvi və elmi irsi”, “Nizaminin hikmət boğçası, yaxud “Sirlər xəzinəsi” haqqında düşüncələr”, “Metsamor Atom Elektrik Stansiyası regionun ən böyük real təhlükə mənbəyidir”, “Ramazan ayının mahiyyəti” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az