sa sa 1238
Böyük lider, əbədi və ölməz şəxsiyyət May 10, 2021 | 14:04 / Mühüm hadisələr

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan xalqı dövlətçiliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevi heç zaman unutmaycaq. Hər il olduğu kimi bu il də xalqımız Fəxri xiyabana gedərək Azərbaycanın memarı və qurucusu, ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyur. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Hazırkı dövrdə Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinə siyasəti ilə öz sözünü qızıl hərflərlə həkk etmiş şəxsiyyətdir. Ulu öndər Azərbaycan dövlətinin milli mənafeyini daima uca tutan, xalqını parlaq gələcəyə aparan mükəmməl dövlət başçısı olmuşdur. Heydər Əliyev dühası elə bir zirvədir ki, dünənimiz bu günümüz və gələcəyimiz onunladır. Əbədi müstəqillik tarixi yazan Heydər Əliyev daima xalqının qəlbində yaşamış, yaşayır və yaşayacaqdır.