sa sa 1121
Elmi şuranın növbəti iclası keçirilib + Foto May 31, 2021 | 14:26 / Konfranslar, iclaslar

Mayın 31-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru akademik İradə Hüseynova iclası giriş sözü ilə açaraq Elmi şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda İnstitutda vakant olan elmi işçi və kiçik elmi işçi vəzifələrinin tutmaq üçün müsabiqəyə sənəd vermiş iddiaçıların namizədliyi müzakirə olunub və müvafiq qərarlar verilib. Daha sonra AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlıq dissertasiyalarının müdafiəsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib.