sa sa 104
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gələcək elmi istiqamətlərin müəyyən edilməsinə həsr olunmuş ikinci seminar keçirilib + Foto May 31, 2021 | 16:38 / Seminarlar

Mayın 31-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gələcək elmi istiqamətlərin müəyyən edilməsinə həsr olunmuş ikinci seminar keçirilib. Seminarda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının rəhbəri, Cənubi Koreya Respublikası Pusan Milli Universitetinin tədqiqatçı-professoru İsmayıl Zülfüqarovun “Hüceyrə qrupları orqan və orqanizm qurmaq üçün necə əməkdaşlıq edir” mövzusunda məruzəsi dinlənilib.  Məruzəçi qeyd edib ki, hüceyrələrin və toxumaların anatomik qərarları necə verdiyini anlamaq təkcə mürəkkəb regenerativ nəticələr əldə etmək üçün deyil, xərçəng xəstəliyinin müalicəsi kimi problemləri həll etmək üçün də vacibdir. Hələ də klinik yanaşmalara görə xərçəng genetik bir xəstəlik kimi qəbul edilsə də, son tədqiqatlara görə, xərçəngə hüceyrələrin anatomik homeostazına ciddi nəzarət edən fizioloji siqnalların qəbul edilməməsi kimi baxılır. Xərçəngdə, fərdi hüceyrələr qədim birhüceyrəli həyat tərzinə qayıdır və bədənin qalan hissəsini xarici mühit kimi qəbul edir. İ. Zülfüqarov bu sahədə multidissiplinar tədqiqatların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb.