sa sa 1054
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb İyn 01, 2021 | 15:02 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyənin milli təhsil naziri Ziya Selçukla görüşünə dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın Ümumi yığıncağı barədə məlumat, AMEA-nın Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, akademik Ramiz Mehdiyevin 28 May - Respublika Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, “Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika konfransı, “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” adlı beynəlxalq tədbir və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim”, ““Ağıllı şəhər və “Ağıllı kənd”lər elm, təhsil və innovasiyanın birgə nailiyyəti kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinə aid materiallar Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında”, “AMEA-da aparılan islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”, “Azərbaycan-tatar ədəbi əlaqələrinin pasportu” sərlövhəli məqalələr, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az