sa sa 1261
İnstitutun Gənc alim və mütəxəssislər şurasının üzvləri mərhum jurnalistlərin xatirə stendini ziyarət ediblər. + Foto İyn 05, 2021 | 18:07 / Mühüm hadisələr

Kəlbəcər rayonununda Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olublar. Azərbaycan Televiziyasının qarşısında mərhum jurnalistlər üçün xatirə stendi yaradılıb. Bugün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının üzvləri stendi ziyarət ediblər.