sa sa 1162
Akademik İradə Hüseynova “Kaspi” qəzetinə müsahibə verib İyn 10, 2021 | 09:24 / Mühüm hadisələr

AMEA-nın vitse prezidenti, Biologiya və tibb elmləri bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova “Kaspi” qəzetinə  müsahibə verib. Akademik Qarabağın biomüxtəlifliyinin, onun bioresurslarının öyrənilməsi və kənd təsərrüfatının bərpası üçün Azərbaycan elmi qarşısında duran müstəsna əhəmiyyətli məsələlərdən bəhs edib. İ. Hüseynova qeyd edib ki, bu peoblemlərin həlli üçün intensiv elmi tədqiqat işləri bərpa olunub. Biomüxtəlifliyin öyrənilməsi, daha davamlı və məhsuldar bitki növlərinin və müvafiq torpaq-iqlim şəraitinə  uyğunlaşmış heyvan cinslərinin yaradılması kimi tədqiqatlar əsas fəaliyyət istiqamətləridir. Alimlərimiz Qarabağ regionunun ekoloji davamlılığı, flora və faunanın, yeraltı və yerüstü resursların  öyrənilməsi, bərpası, yaxşılaşdırılması, torpaqlaırn effektiv istifadəsi kimi problemlərin həlli ilə ciddi məşğul olmağa hazırdırlar. 

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış  ola bilərsiniz: https://kaspiy.az/news.php?id=151845