sa sa 1104
“Elm” qəzetinin yeni sayı çap olunub İyn 11, 2021 | 15:51 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışına dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində Prezident İlham Əliyevin akademik Ramiz Məmmədovun vəfatı ilə əlaqədar imzaladığı nekroloq, AMEA Rəyasət Heyətinin iclası, Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Məkzüm Salahovun AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ünvanladığı məktub, ali, orta, magistratura təhsili və doktoranturaya qəbul qaydalarına edilən dəyişikliklər, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası, İnformasiya Texnologiyaları İnstitutunda vaxtilə çalışmış, hazırda isə öz fəaliyyətini xarici ölkələrdə davam etdirən gənc əməkdaşlarla keçirilən onlayn görüş, Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının yığıncağı və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunmuş konfrans elmi ictimaiyyətdə böyük maraq doğurdu”, “Qarabağın 1899-cu il xəritəsinin kartoqrafik-toponimiya təhlili”, “MEK-də keçən 50 il...” sərlövhəli məqalələr, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az