sa sa 1236
"Covid-19 və insanda immun xaosu" mövzusunda onlayn seminar keçirilib + Foto İyn 14, 2021 | 18:00 / Seminarlar

İyunun 14-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova "Covid-19 və insanda immun xaosu" mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatından alınan son məlumatlara görə 14.06.2021-ci il tarixinə kimi dünya üzrə 174 918 667 nəfərdə COVİD-19 aşkar olunub. Bunlardan 3 782 490 nəfəri vəfat edib. G.Əlibəyova koronaviruslar haqqında ümumi məlumat verərək, insan koronaviruslarının müsbət RNT zəncirli orta boylu viruslar olduğunu bildirib. O virusa yoluxma mexanizmi və bu zamanı orqanizmdə baş verən proseslər haqqında ətraflı məlumat verərək hazırda xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları və müxtəlif vaksinlərdən bəhs edib. Hazırki dövr üçün çox aktual olan bu mövzu seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.