sa sa 1084
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb İyn 18, 2021 | 15:46 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinə dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində Prezident İlham Əliyevin akademik Çingiz Qacarın vəfatı ilə əlaqədar imzaladığı nekroloq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyası, “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq konfrans, akademik İradə Hüseynovanın türkiyəli alim Adil Günerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevlə müsahibə və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Lütfi Zadə: dövrünün intellektualı”, “İpəkçiliyin inkişafına töhfə verən bioloq alim”, “İlkin şəhər mədəniyyətinin mahir tədqiqatçısı”, “Tişənin yazdığı münəvvər ömür”, “AMEA-nın tarixi binaları - nadir memarlıq inciləri” sərlövhəli məqalələr, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az