sa sa 1138
Professor Süleyman Allahverdiyev Qazaxıstan Milli Universitetində təşkil olunan müsabiqədə ilk üçlüyə daxil olub İyn 23, 2021 | 21:04 / Mühüm hadisələr

Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Elmi Şurasının iclasında 2020/2021-ci tədris ili üçün indikativ göstəricilərin yerinə yetirilməsi haqqında hesabat və həmçinin Universitetin kafedra və fakültələrində çalışan professor-müəllim heyəti üzrə reytinq cədvəli müzakirə olunub.

2020/2021-ci tədris ilində indikativ göstəricilər üzrə təşkil olunan müsabiqədə Universitetin 3176 nəfər müəllimi iştirak edib. İlin yekunlarına görə Qazaxıstan Milli Universitetinin aparıcı alim və professorları arasında 3 lider müəyyən olunub. Sevindirici haldır ki, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri professor Süleyman Allahverdiyev 6277 balla bu 3-lüyə daxil olub. Qeyd edək ki, Universitet üzrə orta bal 248 olmuşdur.