sa sa 1077
Mərhum akademik Cəlal Əliyevin əziz xatirəsi yad edilib + Foto İyn 30, 2021 | 12:44 / Mühüm hadisələr

30 İyun görkəmli alim, dahi şəxsiyyət, akademik Cəlal Əliyevin anadan olmasından 93 il keçir. Bu münasibətlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Botanika İnstitutu, Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Mikrobiologiya İnstitutu, AMEA Rəyasət Heyəti Tibb Elmləri Bölməsinin əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda mərhumun məzarını ziyarət etmiş, əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoymuşlar. AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun direktoru, akademik İradə Hüseynova başda olmaqla Cəlal Əliyev məktəbinin bütün yetirmələri hər il olduğu kimi bu il də onunla bağlı xatirələrini bölüşmüş və ruhuna dualar oxumuşlar