sa sa 1109
MBBİ-də magistrantların attestasiyası keçirilib + Foto İyl 12, 2021 | 14:09 / Mühüm hadisələr

12 iyul 2021-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitut direktoru akademik İradə Hüseynovanın 05 fevral 2021-ci il tarixli 21 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edilib.

Attestasiyada I kursu başa vuran  “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 1, “Biotexnologiya” ixtisası üzrə 2 nəfər magistrant iştirak edib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.