sa sa 1182
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yarım illik hesabatı dinlənilib + Foto İyl 14, 2021 | 16:18 / Konfranslar, iclaslar

İyulun 14-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. Akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda cari ilin ilk 6 ayı ərzində İnstitutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin hesabatı müzakirə olunub. İnstitutda fəaliyyət göstərən 14 laboratoriyanın (o cümlədən, 5 beynəlxalq laboratoriya) müdirləri  rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat verib. Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.