sa sa 1037
“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb İyl 23, 2021 | 12:56 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ankara şəhərinə səfəri, Biologiya, aqrar və tibb elmləri, o cümlədən Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şuralarının iclasları, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqə, AMEA-da beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas, “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyanın müzakirəsi, “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Adil Əsədovla müsahibə və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “AMEA-nın Ümumi yığıncağının Prezident İlham Əliyevə müraciəti alimlərimizi qarşıdakı quruculuq işlərində yeni uğurlara ruhlandırır”, “Ölkənin strateji məhsullar üzrə xaricdən asılılığını aradan qaldıran əsas vasitə elmi-tədqiqat işlərinin iqtisadiyyata tətbiqidir”, “BDU-nun Fizika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı” sərlövhəli məqalələr, nəşrlər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az