sa sa 1115
“Elm və həyat” jurnalının yeni sayı çapdan çıxıb İyl 26, 2021 | 12:07 / Nəşrlər

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2021-ci ildə ikinci sayı işıq üzü görüb.

Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Müstəqil dövlətçiliyin Heydər Əliyev epoxası”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Nizami Gəncəvidən iqtibas”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Rusiyanın dövlətçilik tarixində mütləqiyyət ənənəsinin mənşəyi problemi və rus tarixşünaslığında ona baxış”, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, “Elm və həyat” jurnalının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Hədəf elm və təhsilin inteqrasiyasına təkan verən aparıcı mətbu orqanlardan birinə çevrilməkdir”, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikovun “Qərbdə Averroes kimi tanınan dahi Əndəlis filosofu İbn Rüşd”, AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib Coşqun Məmmədovun “Azad edilmiş ərazilərdə yaşıl enerjiyə keçidin əhəmiyyəti” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Elman Quliyevin “Xaqani və Nizaminin farsca əsərlərində Azərbaycan-türk sözləri”, filologiya elmləri doktoru İslam Sadıqın “Mahmud Kaşğarlı – folklorşünaslıq elminin banisi”, professor Eldar Həsənovun “Tarazlıqda olmayan keçirici mühitlərdə cərəyan rəqsləri”, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant Nərgiz Qəhrəmanovanın “AMEA-nın tarixi binaları – nadir memarlıq inciləri”, dissertant Orxan İsayevin “Əta Tərzibaşının Azərbaycan sevgisi”, dosent Anar Ağalarzadənin “Qarabağın İslam dini memorial kompleksləri” və digər məqalələr də oxuculara təqdim olunur.

Jurnalda rus dilində məqalələrlə də tanış ola bilərsiniz.

science.gov.az