sa sa 1087
Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda yayımlanıb Avg 04, 2021 | 12:35 / Nəşrlər

AMEA-nın Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Xəzər Universitetinin əməkdaşlarının (Güllü Əliyeva, Samirə Rüstəmova və Cavid Ocaqi) birgə tədqiqat işinin nəticəsini əks etdirən “Molecular diversity and phylogenetic analysis of Azerbaijan oaks (Quercus spp.) revealed by RAPD markers” adlı məqaləsi “Web of Science” və “Scopus”  kimi nüfuzlu bazalarda indeksləşən “Caspian Journal of Environmental Sciences” (CJES) jurnalında yayımlanıb.

Məqalə Dendrologiya İnstitutunun doktorantı Güllü Əliyevanın “Azərbaycan florasında paladın (Quercus L.) bəzi növlərinin morfoloji və genetik polimorfizminin tədqiqi” adlı fəlsəfə doktorluğu dissertasiya işinin nəticəsinin bir hissəsini əks etdirir. Tədqiqat zamanı palıd üzərində Azərbaycanda ilk dəfə 10 RAPD praymerdən istifadə etməklə molekulyar səviyyədə analizlər aparılıb, molekulyar müxtəliflik, genotiplər arasında filogenetik əlaqə, genotiplər arasında genetik oxşarlıq və s. tədqiq edilib, alınmış nəticələr müasir statistik metodlar vasitəsi ilə təhlil edilərək PİC, EMR və Mİ kimi mühüm statistik parametrlər qiymətləndirilib. Bu tədqiqatda əldə edilən yüksək EMR və MI qiymətləri, istifadə olunan RAPD markerlərinin genetik dəyişikliyin qiymətləndirilməsi və palıd populyasiyaları arasında filogenetik analizi üçün faydalı olduğunu göstərir. Nümunələrdə polimorfizmin yüksək olması genetik müxtəlifliyin yüksək olmasının göstəricisidir. Bu isə onu deməyə əsas verir ki, yerli növlərdə yeni növün əmələ gəlməsi və adaptivlik potensialı yüksəkdir.

science.gov.az