sa sa 1090
Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı peyvəndlə bağlı məqaləsi nüfuzlu "Viruses" jurnalında dərc olunub Avg 13, 2021 | 10:54 / Nəşrlər

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun həmməüllifi olduğu məqalə nüfuzlu “Viruses” jurnalında dərc olunub.

“1 il 6 ay ərzində apardığımız tədqiqatların nəticəsi olaraq COVID-19-a qarşı hazırladığımız 2 peyvəndlə bağlı araşdırmaları əhatə edən məqaləmiz nüfuzlu jurnalda nəşr olunub”, - deyə T.Məmmədov bildirib.

“Plant-Produced Glycosylated and In Vivo Deglycosylated Receptor Binding Domain Proteins of SARS-CoV-2 Induce Potent Neutralizing Responses in Mice” adlı məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, “Viruses” jurnalının impakt faktoru 5.2-yə bərabərdir.

science.gov.az