Sentyabrın 7-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kitabxana müdiri Nigar Hacıyeva kitabxana işçiləri üçün təşkil olunmuş onlayn metodik seminarda iştirak edib. Seminar İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən təşkil olunub.
Metodik seminarda İrbis proqramından, kitabxanalarda işin təşkili, idarəetməsi, kitabxanaçılar üçün təşkil olunmuş kurslar barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi keçirilib və təkliflər müzakirə olunub.