“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransında plenar mühazirələr və posterlərin təqdimatı + Foto
Okt 31, 2018 | 13:44 / Konfranslar, iclaslar
Konfrans gənc alim və tələbələrin müxtəlif sahələrdə biologiyanın prioritet istiqamətləri üzrə apardıqları tədqiqatları əks etdirən məruzələri ilə davam etmişdir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alimləri Samirə Rüstəmova və Ulduzə Qurbanova , Əkinçilik Elmi-Tədqiqat İnstitutundan Əsmər Əhmədova və Azərbaycan Tibb Universitetindən Orxan İsayev plenar məruzə ilə çıxış etmişlər. Konfransda həmçinin gənc alim və mütəxəssislərin tədqiqat işlərinin poster təqdimatı keçirilmişdir.