sa sa 1049
Akademik İradə Hüseynovanın "İnsanlığa xidmət nümunəsi" adlı məqaləsi dərc olunub Sen 11, 2021 | 15:43 / Nəşrlər

AMEA-nın vitse prezidenti İradə Hüseynovanın elm qəzetinin sonuncu nömrəsində “İnsanlığa xidmət nümunəsi” başlığı altında məqaləsi dərc edilib. Məqalədə dünya şöhrətli pediatr alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor Adilə Əvəz qızı Namazovanın həyat və elmi fəaliyyəti haqqında geniş məlumat verilib. Akademik  qeyd edib ki, Adilə xanımın anadan olmasından 95 il keçir və özü artıq aramızda olmasa da, onun elmi əsərləri, nailiyyətləri, elmi məktəbi, tələbələri bu alicənab insanı və gözəl alimi daim yaşadacaqdır. 

Aşağıdakı linkə daxil olaraq müsahibənin tamamını oxuya bilərsiniz:

https://science.gov.az/uploads/pdf/3015_1631272668.pdf