sa sa 1146
Gənc alimlər tərəvəz bitkilərində virus xəstəliklərinin aşkarlanması üçün monitorinq keçiriblər + Foto Sen 20, 2021 | 10:14 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dos. Nərgiz Sultanova və həmin laboratoriyanın kiçik elmi işçisi Nərgiz Bayramova Masallı və Sabirabad rayonlarında elmi ezamiyyətdə olublar. Aparılan monitorinqin məqsədi tərəvəz bitkilərində virus xesteliklerinin aşkarlanması olub. Gənc tədqiqatçılar 14-15 sentyabr tarixlərində Masalli rayonunun Öncəqala və Musaküçə kəndlərində, 16-17 sentyabr tarixlərində isə Sabirabadın Bulaqlı ve Qaralar kəndlərində olublar. Ekspedisiya zamanı laboratoriyada davam edəcək tədqiqatlar üçün bitki nümunələri toplanıb.