sa sa 915
Akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüş keçirib + Foto Sen 28, 2021 | 15:15 / Görüşlər

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüşüb. İnstitutunun magistraturasına bu il “Molekulyar biologiya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 nəfər, “Biotexnologiya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 və “Biokimya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 nəfər tələbə qəbul olunub. MBBİ-də 2021/2022-ci tədris ilində cəmi 16 nəfər magistrant təhsil alacaqdır. Akademik İradə Hüseynova AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elm və təhsilə qoyulan yüksək tələblər haqqında gənclərə məlumat verib. Akademik hazırda Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsilini uğurla davam etdirən institutun magistr məzunlarından söhbət açıb. Görüşdən sonra magistrantlar elmi rəhbərlərlə görüşüblər və institutun təhsil şöbəsinin tədris auditoriyaları ilə tanış olublar.