sa sa 1075
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni dərs ilinə uğurla başlanıldı + Foto Sen 29, 2021 | 14:35 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan magistrantların 2021/2022-ci tədris ili üzrə ilk dərslərinə uğurla başlanılıb. İnstitut direktoru akademik İradə Hüseynova dərslərin gedişatı ilə tanış olub, magistrantlara yeni dərs ilində uğurlar arzulayıb.  Dərs ilinin ilk günündə I kursa qəbul olunmuş magistrantlara “Molekulyar biologiya” ixtisası üzrə Molekulyar təkamül, Fotosintezin molekulyar biologiyası, Gen və zülal mühəndisliyi, “Biokimya” ixtisası üzrə Metabolizmin əsasları, Enzimologiya, “Biotexnologiya” ixtisası üzrə Bitki biotexnologiyası və Metabolitlərin biotexnologiyası fənləri üzrə dərslər tədris olunub. II kursda tədris alan magistrantlarda cədvəl üzrə laboratoriya günü olduğu üçün elmi-tədqiqat işlərinə qoşulublar.