sa sa 1010
“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb Okt 08, 2021 | 19:10 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 34-cü nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair imzalanmış saziş, “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən VII “Fizika və lirika” konfransı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılan perspektivli tədqiqatlar, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli ilə müsahibə və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, “Müqəddəs Zəfərin başlanğıcı”, “Ermənistanın mifi və ordusu darmadağın edildi”, “Oxçuçay – bəşəriyyətə qarşı törədilən ekoloji terror”, “Azərbaycanda uşaq etnoqrafiyası haqqında”, “Qarabağın arxeoloji irsi diqqət mərkəzindədir”, “Qarabağ – qədim Azərbaycan diyarı”, “Fatehlər: Vətən şəhidləri” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və s. informasiyalar oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

 

science.gov.az