sa sa 1208
İnstitutun əməkdaşları Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto Okt 11, 2021 | 09:53 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının  əməkdaşları – elmi işçilər  Aydınlı Lalə, İsgəndərova  Turanə və doktorant Ömərova Sabinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyədə olublar. Ezamiyyə zamanı EİF-ETL-2(36)-16/15/3-M-15 Qrant lahiyəsi çərçivəsində tədqiqatları davam etdirmək məqsədilə süni iqlim kameralarında yetişdirmək üçün beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda genotiplərinin toxumlarından nümunələr gətirilmişdir. Eyni zamanda Qobustan BTS-nin əməkdaşları ilə gələcək tədqiqat işləri müzakirə edilmiş, rayonun 1 saylı məktəbinin peşə yönümlü tələbələri ilə görüş keçirilmişdir.