sa sa 1171
"İqlim dəyişiklikləri və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı" mövzusunda seminar keçirilib + Foto Okt 11, 2021 | 16:34 / Seminarlar

11 oktyabr 2021-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda zoom platforması üzərindən elmi seminar keçirilib. Seminarda Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.e.d. Tofiq Allahverdiyevin "İqlim dəyişiklikləri və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi iqlim dəyişikliyinin Yerin iqlimində uzun müddətli dəyişiklik olub, xüsusilə atmosferin orta temperaturunun artması ilə əlaqədar olduğunu qeyd edib. Əsasən istixana qazlarının artması ilə izah edilən iqlim dəyişkənliyi dünya miqyasında istehsal olunan məhsulun keyfiyyət və kəmiyyətinə təsir edir. Temperaturun və atmosferdə karbon qazının, həmçinin ekstremal hava şəraitinin və intensivliyinin dəyişməsi mədəni bitkilərin məhsuldarlığına təsir edir. Alim qeyd edib ki, yerli ərzaq sistemləri kənd təsərrüfatının qlobal istiləşməyə təsirini xeyli azalda bilər. Kənd təsərrüfatında üzvi metodların tətbiqi iqlim dəyişkənliyinin yumşaldılmasına və local, mövsumi ərzaq sistemlərinin möhkəmlənməsinə kömək edə bilər. Baxmayaraq ki, adapasiya strategiyası dünyanın müxtəlif regionlarında fərqlənir, bəzi perspektiv baza prinsipləri mövcuddur. T. Allahversdiyev iqlim dəyişkənliyinə adaptasiya üçün yerli genetik müxtəlifliyin imkanlarından, ənənəvi seleksiyadan başlanğıc materialın seçilməsi və iqlim dəyişkənliyinə daha yaxşı adaptasiya edən nümunələrin yaradılmasında istifadəsi perspektivlərindən bəhs edib.