sa sa 100
“Elm” qəzetinin yeni sayında ölkəmizdə aparılan ən son tədqiqatlarla bağlı məlumatlar yer alıb Okt 15, 2021 | 10:57 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 35-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışına dair məlumat, o cümlədən “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin müxbir üzv Misir Mərdanova 75 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanını təqdim etməsi, “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçirilən konfrans, Naxçıvan Dövlət Universitetinin məzunlarının 50 illik buraxılışı ilə əlaqədar keçirilən görüş, İnformasiya Texnologiyaları İnstitutunda LCD monitorun əsas yaradıcılarından olan Xəlil Kələntərlə görüş, Qars müqaviləsinin imzalanmasının 100 illiyinə həsr edilən interaktiv dərs, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla müsahibə və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, “Milli jurnallar nüfuzlu beynəlxalq elmi bazalarda təmsil olunmalıdır”, “Nizami Gəncəvi irsinin tanıdılmasına və təbliğinə əvəzsiz töhfə”, “Nizami Gəncəvi yaradıcılığında klassik poeziyadan praktiki arxeologiyaya”, “44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfər tarixidir”, “Türkiyədə Azərbaycan diasporunun formalaşmasına dair tədqiqat”, “Tarixi qaynaqlar tibbin keçmişinin mənzərəsini yenidən yaradır” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az