Konfransın sonunda nümayiş olunan ən yaxşı 2 posterin sahiblərinə mükafat, təqdirəlayiq çıxışlarına görə isə daha 6 gənc tədqiqatçıya sertifikat və mükafat, digər iştirakçılara da sertifikatlar təqdim edilmişdir. Yekun olaraq akademik İradə Hüseynova gənclərin elmi fəaliyyətini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır. Konfrans öz işini uğurla başa vurmuşdur. Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.