sa sa 1313
“Bakteriya, mitoxondri və xloroplastların bc1 tip kompleksləri” mövzusunda elmi seminar keçirilib + Foto Okt 26, 2021 | 11:06 / Seminarlar

Oktyabrın 25-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Fotobioenergetika laboratoriyasının böyük laborantı Kərimli Esmira “Bakteriya, mitoxondri və xloroplastların bc1 tip kompleksləri” mövzusunda çıxış edib. Məruzəçi bioloji orqanizmlərin enerji çevirici sistemlərinin əsas komponentlərindən biri olan bc1 tip komplekslərin müxtəlif orqanizmlərdə subvahid tərkibi, quruluşu, onların funksiyaları haqqında məlumat verib. Gənc tədqiqatçı bc1 kompleksi çatışmazlıqları nəticəsində insanlarda müşahidə edilən xəstəliklərdən bəhs edib. O qeyd edib ki, bc1 kompleksindəki çatışmazlıqlar ən çox sitoxrom b kodlaşdıran mitoxondrial DNT mutasiyaları ilə əlaqədardır.  bc1 kompleksinin struktur subvahidlərini kodlaşdıran nüvə genlərində yeganə məlum xəstə mutasiyaları SU7 (UQCRB, mayada Qcr8) [123] və SU6 (mayada UQCRQ, Qcr7) genlərində baş verir.