sa sa 2923
İndiananın Bioelmlər Elmi-Tədqiqat İnstitutunun direktoru Vidadi M. Yusibovun elmi seminarı keçirilmişdir. + Foto Noy 02, 2018 | 11:19 / Mühüm hadisələr

2 noyabr 2018-ci il tarixində İndiananın Bioelmlər Elmi-Tədqiqat İnstitutunun direktoru Vidadi M. Yusibovun iştirakı ilə Molekulyar Biologiya və Biotexnologiyalar institutunda elmi seminar keçirilmişdir.  Vidadi Yusibov biotexnoloji tədqiqatlar sahəsində rəhbər işçi kimi 15 ildən çox təcrübəyə malikdir. Bioelmlər Elmi-Tədqiqat İnstitutundan əvvəl o Fraunhofer Molekulyar Biotexnologiyalar Mərkəzinin icraçı direktoru olmuşdur. Bitki - əsaslı peyvənd hazırlanması üzrə mütəxəssis kimi beynəlxalq səviyyədə tanınmış alim olan Vidadi Yusibov  “Peyvənd dizaynında alternativ strategiyalar” mövzusunda çıxış etmişdir.  Məruzəçi peyvənd hazırlanmasında istifadə olunan yeni texnologiyalardan bəhs etmişdir.  O qeyd etmişdir ki, hazırda aparılan işlər əsasən peyvəndin təsir müddəti və effektivliyini artırmaq istiqamətində yönəldilmişdir. Məruzəçinin çıxışı böyük maraqla qarşılanmışdır. Vidadi Yusibov mövzu ilə bağlı verilən sualları cavablandırmışdır.