sa sa 1057
II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi öz işini seksiya iclasları ilə davam etdirir + Foto Noy 10, 2021 | 13:00 / Konfranslar, iclaslar

Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi öz işini seksiya iclasları ilə davam etdirir.

Noyabrın 8-də başlayan tədbirə “Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndə qatılıb.

3 gün davam edəcək konqresin 1-ci günü 18 virtual iclas zalında paralel keçirilən seksiyalarda biologiya, tibb, aqrar, mühəndislik, riyaziyyat, fizika, kimya və s. elmi istiqamətlər üzrə 150-dən çox məruzə dinlənilib. İclaslarda ümumi maraq doğuran məsələlər, elmi problemlərlə bağlı geniş müzakirələr aparılıb.

Konqres öz işini noyabrın 9-da da davam etdirib, gün ərzində daha 75 məruzə dinlənilib.

Qeyd edək ki, konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçılar isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Konqres AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilir. Tədbirin Təşkilat Komitəsinin sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

 

science.gov.az