sa sa 480
MBBİ-nin əməkdaşları Əkinçilik ET İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar. + Foto Noy 11, 2021 | 15:23 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, institutun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçisi Lalə Aydınlı və kiçik elmi işçisi Səidə Zülfüqarova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi elmi-tədqiqat işləri üçün əkin şəraitində müxtəlif buğda sortları toxumlarının əkilməsi olmuşdur. Ümumilikdə 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotip və AMEA Genetik Ehtiyatlar İnstitutunun Genbankından əldə edilmiş 65 ədəd növmüxtəlifliyinə aid toxum əkilmişdir. Paralel olaraq, toxumlar laboratoriyada süni iqlim kameralarında da əkilərək  tədqiq ediləcəkdir.