sa sa 978
“Elm” qəzetinin yeni sayı nəşr olunub Noy 19, 2021 | 20:08 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 40-cı nömrəsi işıq üzü görüb.

“Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirakına dair məqalə yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Mərkəzi Nəbatat Bağında aparılan abadlıq-quruculuq işlərinin cari vəziyyəti ilə tanışlığı, Akademiyada Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlər, “Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvi dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr və XVIII əsrin birinci rübü)” adlı monoqrafiyası ilə bağlı bəzi mülahizələrim”, “Müqəddəs savaşın möhtəşəm Zəfəri”, “Nizami dühasının mükəmməl təqdimatı”, “Akademik dağıdıcılıq və oğurluq sənəti, yaxud AMEA-nın Botanika İnstitutunda aparılmış yoxlamalar nəticəsində üzə çıxmış mənzərə haqqında”, “Nizamişünaslığa dəyərli töhfə, yaxud Nizami Gəncəvinin şöhrət kölgəsi altında görünən möhtəşəm uğurları”, “Yüksək Texnologiyalar Parkı elm, texnologiya və innovasiya sahəsində uğurla addımlayır” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

science.gov.az