sa sa 76
Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib + Foto Noy 22, 2021 | 11:12 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 11-ci iclası keçirilib. İclası AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İradə Hüseynova açaraq gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

İclasda biologiya və aqrar elm sahələri üzrə 36 dissertasiya işinin (biologiya üzrə 30, aqrar elm üzrə 6 iş) mövzuları təsdiq üçün müzakirəyə çıxarılıb. Dissertasiya mövzularını botanika işçi qrupu üzrə b.e.d., professor Səyyarə İbadullayeva, fiziki-kimyəvi biologiya üzrə b.ü.f.d. Səbinə Ömərova, aqrar elmlər üzrə a.e.d., professor Mustafa Mustafayev təqdim ediblər.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə həm problem şurasının, həm də işçi qruplarının üzvləri fəal iştirak ediblər.

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

Müzakirəyə çıxarılmış 36 işdən 33 iş müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, biologiya elmləri üzrə 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

science.gov.az