sa sa 2020
İnstitutun elmi işçisi Rəfiqə Məsməliyeva Kembricdə elmi ezamiyyətdə olmuşdur. + Foto Noy 16, 2018 | 11:49 / Ezamiyyətlər

Hesablama Struktur Biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə Çingiz qızı 15.10.2018-16.11.2018 tarixlərində Böyük Britaniya Kembric şəhərinin Tibbi araşdırmalar mərkəzinin Molekulyar biologiya İnstitutunda ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində Məsməliyeva Rəfiqə həmin institutun Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdovun rəhbərliyi altında elmi tədqiqatlar aparmış, Rentgenostruktur kristalloqrafiya və Elektron mikroskopiyası metodlarının əsasları, eləcə də Makromolekulyar saflaşdırma mövzularında müzakirələr aparmışdır. Ezamiyyət müddətində, Məsməliyeva Rəfiqə Hesablama Kristalloqrafiyası qrupunun iclaslarına qatılmış, öz tədqiqat layihəsi ilə əlaqədar təqdimat etmişdir. Aparılan tədqiqat işi uğurlu hesab edilmişdir və CCP4 və Coot layihələri ilə əməkdaşlıq fəaliyyətinin başlanmasına səbəb olmuşdur. Ezamiyyət müddətində Məsməliyeva Rəfiqə Struktur araşdırmaları şöbəsinin bütün seminarlarında iştirak etmiş və Struktur biologiyası sahəsindəki yeniliklər, öndə duran problemlərlə tanış olmuşdur.