sa sa 456
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təbrik məktubu ünvanlayıb + Foto Dek 29, 2021 | 23:00 / Mühüm hadisələr

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Ramiz Ənvər oğlu!

Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəti və şəxsən öz adımdan Sizi “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal” almağınız münasibətilə ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Rusiya və Azərbaycan arasında elmi əməkdaşlığın inkişafında göstərdiyiniz xidmətlərə görə Sizə öz hörmət və səmimi minnətdarlığımızı bildirmək istəyirəm. Rusiya Elmlər Akademiyası olaraq, Azərbaycan Milli Elmlər Akademiyası ilə çoxillik əməkdaşlığı yüksək qiymətləndirir, Rusiyaya və Rusiya elminə olan dost münasibətinizə görə Sizə təşəkkür edirik.

Sizə möhkəm cansağlığı, peşəkar uzunömürlülük və uzun illər indiki kimi fenomenal iş bacarığı və fəallıq arzulayırıq!

Sizə qarşı dərin hörmətimi qəbul edin.

Hörmətlə,

REA-nın prezidenti, akademik A.M.Sergeyev”.

science.gov.az