sa sa 421
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb + Foto Yan 05, 2022 | 14:57 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb. “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant və II kursda təhsil alan 6 magistrant imtahanlara buraxılmışdır. Bu gün “Genomiks”, “Tibbi biotexnologiya” və “Prokariotların molekulyar biotexnologiyası” ixtisas kursları üzrə imtahanlar keçirilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.